21 İyun 2016 09:15
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər K.Musayevin cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:44-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər