21 İyun 2016 09:59
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğunda və bir sıra cinayətlərdə ittiham olunan mütəşəkkil dəstənin üzvü Asif Şirinxunun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Asif Şirinxu adam oğurluğu məqsədi ilə Akif Əşrəf oğlu Rüstəmov, Xalıq Səccad oğlu Bağırov, Fərhad Məzahir oğlu Əhmədov, Gülnarə Hüseynqulu qızı Tağıyeva və İbrahim Dadaşbala oğlu Həmzəyev ilə qabaqcadan əlbir olub.

Gülnarə Tağıyevanın və İbrahim Həmzəyevin sifarişi ilə 2000-ci il mayın 17-də Bakı şəhəri 3-cü mikrorayonda yerləşən “Arzu” şadlıq evinin yanına gəlib həkim İsmayıl Meybulla oğlu Kərimovu xəstəyə baxmaq adı ilə qaçırıblar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2000-ci ildə dəstə üzvlərinə hökm oxunub. Dəstənin azadlıqda gəzən üzvü A. Şirinxu barəsində isə həmin vaxtdan axtarış elan olunub.
Nəhayət, o, 2009-cu ilin sentyabrında Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub. Ekstradisiya olunandan sonra onun daha bir cinayət əməli törətməsi üzə çıxıb. Məlum olub ki, o, 12 dekabr 1999-cu il tarixdə Bakı şəhəri, dəmiryolu vağzalının ərazisində şəxsi münasibətlərin pisləşməsi zəminində tanışı Süleymanov Yalçın Ələsgər oğlu ilə dalaşaraq ona həmin vaxt özündə olan bıçaqla ağır xəsarətlər yetirib.

Xatırladaq ki, Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Asif Şirinxu Cinayət məcəlləsinin 144.2.3-ci (adam oğurluğu bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) və 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunub.

Asif Şirinxu məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Nərimanov rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun müraciəti məhkəmə tərəfindən rədd edilib.

Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar oxunub. Qərara görə, onun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər