Kürdə batan şəxs xilas olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.