Salyan rayonunda ötən il baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin noyabrın 13-də Salyan rayonunun Qalalı kəndində qeydə alınıb.
Kənd sakini Sevda Soltanovanın evinə oğurluq məqsədi ilə girmiş 3 maskalı şəxs ev sahibi ilə rastlaşıb. Həmin şəxslər Sevda Soltanovaya və səs-küyə oyanmış Elnarə Əhədova və Zabil Ağayevə dəmir parçası ilə xəsarət yetirib hadisə yerini tərk ediblər.
Salyan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Camal Namazov və əvvəllər məhkum olunmuş Fərid Rəsulovla Zaur Hüseynov tutulublar.
Onların iyunun 19-da A.Feyzullayevə məxsus mağazadan oğurluğa cəhd göstərmələri, Ş.Əkbərova məxsus kafedən maqnitofon oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov