Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb və yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.