Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əliəşrəf küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Məmmədov naməlum şəraitdə bıçaqlanıb. Bıçaq xəsarəti alan Tural Məmmədov xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Tural Məmmədov kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov