Xəzər dənizində çimərkən boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Səbail rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 15:20-də başa çatıb.