Bakının Xəzər rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zirə qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov