19 İyul 2016 16:06
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

Teleqraf.com xəbər verir ki, oğurluq hadisəsi iyulun 12-də baş verib.

Bakı şəhər sakini Mirxəlil Cəfərova məxsus evdən 80 manat pul və 42000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini Tural Əsgərov tutulub.

Hacı Zeynalov


Müəllif: