2 Avqust 2016 12:08
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə ictimai asayiş və təhlükəsizlik etibarlı qorunur, kriminogen durum daim nəzarətdə saxlanılır. Ümumi cinayətlərin təhlilinin nəticələrinə əsasən ölkəmizdə insan alveri cinayətləri və onun formaları vüsət almayıb”.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən bildirilib.

Məlumata görə, 2015-ci ildə respublika üzrə qeydiyyata alınmış 26.916 cinayətin yalnız 128-i insan alveri cinayəti olub: “Bu da bütün cinayətlərin 0,47 faizini təşkil edib. 2016-cı ilin 6 ayı ərzində isə qeydiyyata alınan 14.251 cinayətdən 110-u və ya 0,77 faizi insan alveri cinayətləri olub”.

Baş idarədən bildirilib ki, bütün bunlаrа bахmаyаrаq insаn аlvеrinin qаrşısının аlınmаsı, qurbаnlаrın hüquq və аzаdlıqlаrının qоrunmаsı istiqаmətində həyаtа kеçirilən tədbirlər bir аn bеlə səngiməyib: “Ötən 11 ildən artıq müddət ərzində respublikada insan alverinə qarşı mübarizə üzrə qeydə alınan 940 cinayət üzrə 457 insan alverçisi məhkəmə məsuliyyətinə təqdim edilib, 100-dən artıq mütəşəkkil dəstə və cinayətkar qrup zərərsizləşdirilib, 698 insan alveri qurbanı müəyyən edilərək cəmiyyətə reinteqrasiya olunub”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər