Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 30-da Bakı şəhər sakini Mircavid Məmmədova məxsus mağazadan 108 manat oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini sakini Natiq Əliyev və Oğuz rayon sakini Ülvi Qurbanlı tutulublar.
Natiq Əliyev və Ülvi Qurbanlının dost olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov