4 Avqust 2016 17:02
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Çəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər Əli Nuriyev, Ramin Yarıyev və Aqli İsmayılov ifadə verib.

Onlar hadisə zamanı polisə müqavimət göstərmədiklərini bildiriblər. İfadələrində deyiblər ki, elan olunmuş ittiham üzrə təqsirləri yoxdur.

Məhkəmənin prosesi avqustun 10-da davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov və Zakir Mustafayev ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.

Prosesdə 1 saatlıq fasilə elan olunub.

Hacı


Müəllif:

Oxşar xəbərlər