Bakının Nəsimi rayonunda Rusiya vətəndaşının evindən külli miqdarda pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150000 ABŞ dollar oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub.
Hacı Zeynalov