30 Avqust 2016 18:28
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirli bilinən Rasim Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rasim Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvar ayında Abşeron rayon Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini 42 yaşlı Rasim Əliyev Xırdalan şəhəri ərazisində gizlədilən 10 kiloqramdan artıq narkotik vasitəni götürərkən saxlanılıb.

Rayon polis idarəsinə gətirilən şəxsin əlindəki qara rəngli sellofan torbadan 7,5 kiloqram tiryək və 3 kiloqramdan artıq qurudulmuş marixuana çıxıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər