Ağsuda oğurluq edən şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, avqustun 14-də rayon sakini Elçin Qasımova məxsus evdən pul və mobil telefon oğurlanıb.
Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinənlər – rayon sakinləri Cəfər Cəfərov, Emil Məmmədov və Amil Aslanlı saxlanılıblar.
Onların rayon sakinləri A.Manafova və A.Əliyevə məxsus mağazalardan, habelə Cəvahir Həmidovaya məxsus evdən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov