5 Sentyabr 2016 09:51
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Cavadxan küçəsi, ev 41 ünvanında yerləşən ”Sibirskoe Zdorovye” satış mərkəzində qeydə alınıb.

Obyektin işçisi, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Tamella Həsənova bıçaqlanıb. Hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib.


Tamella Həsənovanı bıçaqlayan keçmiş həyat yoldaşı, 1966-cı il təvəllüdlü Arif Həsənov mühafizə polisinin əməkdaşları tərəfindən yaxalanıb. Onun barəsində tədbir görülməsi üçün Nizami rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: