Narkotik vasitə əldə edib saxlamaqda təqsirli bilinən Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, cinayət işi hakim Ənvər Seyidovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 8-nə təyin olunub.
Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların cinayət işi ayrılıb.
Qiyas İbrahimov NİDA Vətəndaş Hərəkatının üzvü olub.
Hacı Zeynalov