Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, sentyabrın 14-də Masallı rayon sakini Vüqar Kazımov “Great Wall” markalı avtomobili idarə edərkən “Kia” markalı avtomobilin sürücüsü onu saxlatdırıb və öz avtomobilinə oturdub. O, daha sonra Vüqar Kazımovu hədələyərək, mobil telefonunu, eynəyini və 130 manat pulunu alıb.
Vüqar Kazımov quldurluqla üzləşməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mürsəl Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov