19 Sentyabr 2016 11:24
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

DGK Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər