Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.