2016-cı ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun açıqladığı hesabatda bildirilib.
Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı,11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan ümumilikdə 522 kq-dan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Əcnəbilərdən 12-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.
İlhamə ƏBÜLFƏT