15 Oktyabr 2016 14:50
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Sərnişini - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Əliyevin də olduğu avtomobilə baxış zamanı 9 kiloqram tiryək və 720 qram həşiş aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: