17 Oktyabr 2016 18:03
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər Abbas Hüseynovun iclasda iştirakını tələb ediblər.

Daha sonra Abbas Hüseynovun məhkəmə iclasında iştirakı təmin edilib.

Hazırda həbsdə olan Nadir Qədirov bu iş üzrə şahid qismində ifadə verib. Bildirib ki, Nardaran hadisəsi zamanı həmin qəsəbədə olmayıb.

Digər şahid Əliağa Qasımov evində tapılan silahın ona məxsus olmadığını deyib.

Daha sonra hazırda həbsdə olan şahidlər - Raci Babyev, Hüseyn Nəbizadə, Hilal Cavadov, Zahid Zəkiyev və Cavanşir Tağıyev ifadə veriblər.

Proses oktyabrın 19-da davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə vəkil Nemət Kərimli çıxış edib.

Vəkil bildirib ki, ötən iclasdan sonra təqsirləndirilən Abbas Hüseynov cərimə təcridxanasına salınıb, bu gün isə iclasda iştirakına icazə verilmir.


Hakim cavab verib ki, ötən iclasda zərərçəkmiş şəxsə qarşı nalayiq hərəkətlər etdiyi üçün onun məhkəmədə iştirakına icazə verilmir. Taleh Bağırov Abbas Hüseynovun iştirakının təmin edilməsini istəyib.

Daha sonra Taleh Bağırovun tərəfdarları prosesdə səs-küy salıblar. Hakim prosesdə günün ikinci yarəsınadək fasilə elan edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər