Bakıda yeniyetmı qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Suraxanı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. Hadisə dünən gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.