Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə gecə saat 03:30 radələrində baş verib. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.