Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Südçülük Sovxozu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Azər Ağayev qeyri rəsmi ər-arvad münasibətində yaşadığı 1971-ci il təvəllüdlü İlhamə Talıbovanı qətlə yetirib.
Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən Azər Ağayev qəza törədib. Azər Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib.
Beləki İlhamə Talıbovanın başqası ilə münasibət saxlamasını Azər Ağayev bilib. Bu səbəbdən o dünən axşam qadının mənzilinə gəlib. Keçmiş sevgililərin mübahisəsi qətllə nəticələnib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hacı Zeynalov