Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Şamaxının Çuxuryurd kəndində, rayon sakini Tərlan Tomarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış 1951-ci il təvəllüdlü Şövkət İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.
Tərlan Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.
Tərlan Tomarov Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.
Məhkəmədə ifadə verən Tərlan Tomarov özünü təqsirli bilib.
Proses noyabrın 7-də davam edəcək.
Hacı Zeynalov