Bakıda mənzildə 56 yaşlı qadının meyiti aşkarlanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-cı il təvəllüdlü Lasina Lyubov Aleksanovnayanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 20:24-də başa çatıb.