“İnterpol” xətti ilə 13 ildir axtarışda olan və Rusiyada həbs edilən azərbaycanlının cinayət işi tamamlanıb.
Teleqraf.com xəbər verir ki, 1964-cü il təvəllüdlü Akif Əmiraslanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Əslən Şabran rayonundan olan Akif Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən Akif Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov