2 Noyabr 2016 17:17
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən 1995-ci il təvəllüdlü Şaxsaid Sayfronovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, bu il yanvarın 10-da saat 14.00-da Göygöl rayonunun Şəhriyar kəndi yaxınlığında meşədə qətl hadisəsi törədilib.

Gəncə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəşad Əliyevin üzərində 5 bıçaq xəsarəti olan meyiti aşkarlanıb. Göygöl rayon Prokurorluğu və polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar kənd sakini Şaxsaid Sayfronov saxlanılıb.

Rəşad Əliyev meşə gözətçisinin köməkçisi, Şaxsaid Sayfronov isə brakonyer olub. Mərhum meşədə qanunsuz ağac kəsilməsinin qarşısını alarkən 5 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Şaxsaid Sayfronov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər