3 Noyabr 2016 15:58
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuridət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Nuridət Əfəndiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Nuridət Əfəndiyev Qəbələ rayonunda icarəyə əkin əkmək üçün torpaq sahələri götürüb. Lakin həmin torpaq sahiblərinə ümumilikdə 20 min manat pul verməkdən boyun qaçırıb. Bundan narazı qalan zərərçəkmişlər polisə müraciət ediblər.

Nuriddət Əfəndiyevin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər