9 Noyabr 2016 01:52
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə rayonun Qəşəd kəndində qeydə alınıb.

Kənd sakini 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından sızan dəm qazından boğulub. Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi köməksiz vəziyyətdə qalaraq ölüb.

Qeyd edək ki, Oqtay Abdulhüseynov 42 ildir ki, Qəşəd kənd orta məktəbində müəllim işləyirdi.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

\Report.az\


Müəllif:

Oxşar xəbərlər