16 Noyabr 2016 16:02
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasov bildirib ki, çağırılan şahidlər məhkəməyə gəlməyib.

Hakim şahidlərin gəlmədiyini əsas gətirib və prosesin noyabrın 18-nə kimi təxirə salındığını açıqlayıb.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə şahid qismində Sabunçu rayon 15-ci polis bölməsinin əməkdaşı Emin Babayev ifadə verib.

O bildirib ki, ötən il noyabrın 5-də xidmət apardığı ərazidə Elçin Qasımovun söyüş söydüyünü görüb və onu nizam-intizama dəvət edib. Lakin tabe olmadığı üçün onu saxlayaraq Sabunçu rayon Polis İdarəsinə aparıblar.

Polis əməkdaşı vəkillərin suallarına cavab olaraq deyib ki, idarədə kiməsə işgəncə verildiyini görməyib.

Proses günün ikinci yarsında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər