17 Noyabr 2016 18:31
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Teyyub Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Şəxsi münasibətlər zəminində 22 yaşlı Teyyub Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Əliosmanovu bıçaqlayıb. Teyyub Romana 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri gəncin ürəyinə dəyib.

Ağır yaralanan Roman Əliosmanov xəstəxanada vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər