Abşeron rayonu, “Gənclər” şəhərciyində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqili yanıb.
Hadisə ilə bağlı FHN-nin yaydığı məlumatda bildirilir ki, onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfər sakin (onlardan 7 nəfəri azyaşlı uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.