Sumqayıtda 79 yaşlı kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1938-ci il təvəllüdlü Namazov Hidayət Hədibulla oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.