Bakıda yanğın qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 4 otaqlı evin mətbəxində taxta və lambirdən ibarət tavan 9 m2 sahədə və əşyalar 2 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:11-da yanğınsöndürənlər tərəfindən söndürülüb.