7 İyul 2014 12:56
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun D.Aslan küçəsində qeydə alınıb. Bakı şəhər sakini Vahab Hacıyev və Tovuz rayon sakini Nicat Həsənov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Hər iki yaralıya tibbi yardım göstərilib.

Hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Orxan Quluzadə tutulub. Hadisə tərəflər arasında baş verən münaqişə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: