Zaqatala şəhərində intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Azərbaycan prospektində qeydə alınıb.
1987-ci il təvəllüdlü Müseyib Hüseynov qolunun damarlarını doğrayaraq özünü öldürmək istəyib. O, qan içində xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.
Daha bir intihara cəhd hadisəsi Gəncə şəhərində baş verib. Şəhər sakini, 1988-ci il təvəllüdlü Mehriban Abdullayeva üzərinə neft tökərək özünü yandırıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Mehriban Abdullayevanın hadisədən əvvəl həyat yoldaşı ilə mübahisə edərək, intihara cəhd etdiyi bildirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov