Rusiyanın Tver şəhərində gəncin özünü öldürməsi ilə bağlı müstəntiqlər istintaqa qədər yoxlama aparır.
Teleqraf.com Rusiya mediasına istinadən bildirir ki, söhbət Qərb yönümlü “Yabloko” müxalifət partiyasının Tver şöbəsinin üzvü, özünü yaşadığı mənzildə asan Aleksey Domanovdan gedir.
O, özünü yanvarın 7-də gecə öldürüb. Partiya insidentin kriminal xarakterli olduğunu inkar edir.