12 Yanvar 2017 23:52
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bunu nazir Ramil Usubov Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakla görüşündə deyib.


Müəllif:

Oxşar xəbərlər