13 Yanvar 2017 10:15
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə "Report" məlumat yayıb.

Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər maşınla kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq uzaqlaşıblar.

Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Soyğunçular onun da toydan qazandığı pulları alıb aradan çıxıblar.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub.

Daha bir nəfər isə ölkədən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif:

Oxşar xəbərlər