Ötən il dövlət və digər qurumlarda baş verən cinayətlərin sayı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev hesabat-mətbuat konfransında çıxışı zamanı bildirib.
Kamran Əliyevin sözlərinə görə, ötən il Dövlət Təhlükəsizlik Xidmətindən 14, Ədliyyə Nazirliyindən 15, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş Prokurorluqdan 5, rayon prokurorluqlarından 65, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, Maliyyə Nazirliyindən 15, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 4, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatasından 4, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub.
Materialların əksəriyyəti barədə cinayət işi başlanıb: “Hesabat dövründə 5 prokurora cinayət işi açılıb. 3 prokuror cəzalandırılıb. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-nə töhmət verilib, 1-i isə vəzifəsindən kənarlaşdırılıb”.
Hacı Zeynalov