Bakının Nərimanov rayonunda əcnəbi vətəndaşa qarşı quldurluq edilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 13-də əcnəbi vətəndaş Biyar Cumaah Shaikaniyə qarşı quldurluq edilməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində etməkdə şübhəli bilinən qrupun üzvləri - Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulublar.
Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.
Hacı Zeynalov