20 Yanvar 2017 22:25
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda avtobusda qadına qarşı cinayət törədilib. Teleqraf.com xəbər verir ki, 62 saylı xətt avtobusunda Bakı şəghər sakini Zümrüd Amayevanın çantasından mobil telefon oğurlanıb.

Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Çələbiyev tutulub.

Ramil Cələbiyev əvvəllərdə eyni əmələ görə, məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər