Bakının Nərimanov rayonunda soyğunçuluq edən şəxsin başqa bir cinayəti də müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində soyğunçuluq etdiyi üçün İba Əsədov tutulub.
Araşdırmalar zamanı məlum olub ki, İba Əsədov Nərimanov rayonu ərazisində daha 1 evdən 8.000 manat dəyərində qızıl əşyalar oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov