Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə 8-ci km bazarı yaxınlığında qeydə alınıb.
Bakı şəhər sakini Səidə Əlixanova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Mirfadə Həşimovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Qəzanı törədən sürücü Səidə Əlixanova “Səhhət” klinikasında həkim-ginekoloq işləyir.
Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Polis İdarəsində Səidə Əlixanovanın izahatı alınıb. Daha sonra o, sərbəst buraxılıb. Təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.
Hacı Zeynalov