Bakının Nəsimi rayonunda ötən il baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sənan Babayev tutulub.
O, ötən il avqustun 30-da rayon ərazisindəki yaşayış binalarından birinin zirzəmisindən 400 metr elektrik kabeli və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinib.
Hacı Zeynalov