Abşeron rayonunda silah-sursatla gəzən şəxsin həbsi üçün xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Qobu qəsəbə sakini Bəhruz Muxtarov həbs edilib.
Onun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobilə baxış zamanı avtomobildən “AK-74” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.
Qeyd edək ki, son günlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah-sursatla gəzən şəxslərin həbs edilməsi istiqamətində bir neçə əməliyyat keçirib.
Hacı Zeynalov