Günün ikinci yarısında 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Hüseynov ifadə verib.
O, ittiham üzrə özünü təqsirli bilməyib.
Proses fevralın 27-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Zülfüqar Mikayılov ifadə verib.
O, ittihamları qəbul etməyib. Bildirib ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın rəhbəri Taleh Bağırovu İran İslam Respublikasının Qum şəhərində təhsil alan zaman tanıyıb: "Taleh Bağırova böyük hörmətim olub".
Zülfüqar Mikayılov Nardaran qəsəbəsində baş verən hadisələrdən xəbərisiz olduğunu, silahların ona məxsus olmadığını, təqsirləndirilən şəxslərin əksəriyyətini internet vasitəsi ilə tanıdığını deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov